AFFA və Azərbaycan Əlillər Futbolu Federasiyasının birgə təşkilatçılığı ilə eşitmə məhdudiyyətli əlillər arasında futzal üzrə ənənəvi “Payız turniri” keçiriləcək.
Fanat.Az assosiasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı İdman Sarayında təşkil ediləcək yarışın təqvimi də müəyyənləşib.
Turnirin son günündə mükafatlandırma mərasimi baş tutacaq.
“Payız turniri”nin təqvimini diqqətinizə çatdırırıq:
9 oktyabr
10:00. Açılış mərasimi 10:30. Bakı – Azəri 11:30. Zirvə - Şimşək 12:30. Azəri - Ümid
10 oktyabr
10:00. Zirvə - Bakı 11:00. Şimşək - Azəri 12:00. Ümid – Zirvə 13:00. Bakı – Şimşək
11 oktyabr
10:00. Ümid - Bakı 11:00. Azəri - Zirvə 12:00. Şimşək - Ümid 13.00. Mükafatlandırma mərasimi
Qeyd edək ki, "Payız turniri" oktyabrın 11-də başa çatacaq.