"Berti Foqtsun istefaya göndərilməsi ilə bağlı sualı İcariyyə Komitəsinə ünvanlamaq lazımdı". Fanat.az xəbər verir ki, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov deyib.
Baş katib "Yığmamız seçmə mərhələdə 3-cü yeri tutmaq şansını itirsə, Fotqsla müqaviləyə vaxtından öncə xitam verilə bilər" sualına cavab verib: "Belə hallarda İcraiyyə Komitəsi üzvlərindən biri məsələ qaldırmalıdı. Məsələn, Foqtsla müqaviləni pozmaq. Üzvlərdən biri məsələni baş katiblik qarşısında qaldırmalıdı. Bundan sonra biz bütün sənədləri hazırlayıb, İcraiyyə Komitəsi üzvləri ilə danışıb, müvafiq iclas keçiririk. Üzvlər də qərar qəbul edir. Yəni, prosedur belədi. 11 üzv var və onlar da səs verirlər. Onu da deyim ki, 11 üzvün hamısı Foqtsun qalması lehinə səs verib".
Fanat.az