AFFA FIFA-ya müraciət etdi - RƏSMİ

AFFA FIFA-ya müraciət etdi - RƏSMİ

Ukraynanın “Metallurq” (Zaporojye) klubunun müdafiəçisi, əslən azərbaycanlı olan Pavel Paşayev AFFA-ya müraciət edərək Azərbaycan millisində oynamaq istədiyini bildirib. Fanat.az xəbər verir ki, bununla əlaqədar AFFA Ukrayna Futbol Federasiyası sorğu göndərib.

Sorğuya cavab olaraq bildiriilb ki, o, bu ölkənin aşağı yaş qruplarından ibarət yığmalarında iştirak edib, lakin əsas komandada oynamayıb. AFFA onun müvafiq qaydalara uyğun olaraq Azərbaycan millisində çıxış etməsinə razılıq vermək üçün FIFA-ya müraciət edib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər