AFFA Əvəzedici Liqa komandalarını cərimələdi

AFFA Əvəzedici Liqa komandalarını cərimələdi

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. 

Fanat.Az xəbər verir ki, toplantıda Əvəzedicilər liqasının XXII turunda baş verən neqativ hallarla bağlı ğlçü götürülüb.

“Şamaxı-2” – “Sumqayıt-2” oyununun matçöncəsi iclasında “Şamaxı-2” komandasının nümayəndəsi iştirak etmədiyinə görə “Şamaxı-2” komandası 80 manat cərimə edilib. Görüşdə xərəkdaşıyanlar olmadığına görə “Şamaxı-2” komandası 80 manat cərimə edilib.

“Araz-Naxçıvan-2” – “Kəpəz-2” oyununda topdaşıyanlar olmadığına görə “Araz-Naxçıvan-2” komandası 80 manat cərimə edilib.

“Qarabağ-2” – “Səbail-2” oyununda “Səbail-2” komandasında 4 nəfər sarı vərəqə aldığına görə “Səbail-2” komandası 70 manat cərimə edilib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər