AFFA ermənilərdən şikayət edəcək

AFFA ermənilərdən şikayət edəcək
Məlumat verdiyimiz kimi, Ermənistan Futbol Federasiyası Xankəndidə məşqçi kursları keçirir və kurslarda qondarma “Dağlıq Qarabağ Respublikası”ndan 8 məşqçi iştirak edir. Fanat.az xəbər verir ki, artıq AFFA məsələ ilə bağlı UEFA-ya şikayət məktubu göndərməyə hazırlaşır.
 
Məktubda ermənilərin bu addımının qanunsuz olması və bununla onların beynəlxalq hüquq normalarına qarşı çıxması vurğulacaq. 
Qeyd edək ki, AFFA UEFA-nın məşqçilik nizamnaməsinə qoşulub və bu səbəbdən yalnız bizim milli federasiyamız öz ərazilərimizdə “C”, “B”, “A” və Pro lisenziyaları verən məşqçi kursları keçirmək hüququna malikdi.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər