FIFA-nın Seçki Komissiyası prezident vəzifəsinə irəli sürülən 5 namizədi təsdiq edib. Fanat.az xəbər verir ki, namizədlərdən biri UEFA-nın hazırkı baş katibi Canni İnfantinodu.
AFFA da ötən gün qurumun rəsmi saytı vasitəsi ilə yaydığı məlumatda məhz İnfantinonun namizədliyini dəstəklədiyini bildirib. Ancaq "eurosport" saytında İnfantino ilə bağlı dərc geniş yazıda onun erməni əsilli olduğu qeyd olunur. Maraqlıdı, UEFA-nın baş katibinin namizədliyini dəstəkləməmişdən öncə onun haqda ətraflı məlma toplamamışdı? Görəsən, bu məlumat assosiasiyanın baş katibi Elxan Məmmədova çatandan sonra hansı reaksiyanı bildirəcək?
Maraqlıdı, AFFA mövqeyini dəyişəcək, yoxsa erməni əsilli futbol funksionerini dəstəkləməyə dava edəcək? (sport7.az)

Fanat.az