AFFA Elvin Məmmədovu 10 oyunluq cəzalandırdı

AFFA Elvin Məmmədovu 10 oyunluq cəzalandırdı
AFFA İntizam Komitəsi həvəskarlar liqasının qalmaqallı UGİM (Buzovna) - “Şəfəq” matçı ilə bağlı qərar qəbul edib. Komitənin qərarını olduğu kimi təqdim edirik:
22 mart 2014-cü il Həvəskarlar arasında Azərbaycan birinciliyinin UGİM (Buzovna) - “Şəfəq” matçının 61-ci dəqiqəsində oyun dayandırıb. Belə ki, “Şəfəq” klubunun futbolçuları Şəhriyar Yəhyayev, Musa Hüseynli, futbolçusu Emil Cəfərov hakimi təhqir edib və Elvin Məmmədov hakimə qarşı fiziki təsir göstərib. Yuxarıda göstərilənləri nəzərə alaraq İntizam Komitəsi aşağıdakı qərarları qəbul edir:
- “Şəfəq” klubunun futbolçuları Şəhriyar Yəhyayev, Musa Hüseynli, Emil Cəfərov hakimi təhqir etydiklərinə görə hər bir futbolçu 4 oyunluq cəzalanır.
- "Şəfəq” klubunun futbolçusu Elvin Məmmədov hakimə qarşı fiziki təsir göstərdiyinə görə futbolçu 10 oyunluq cəzalanır.
- Oyun yarımçıq dayandırıldığı üçün “Şəfəq” klubuna 0:3 hesablı texniki məğlubiyyət verirlir.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər