“Xəzər Lənkəran” Apellyasiya və Ekspert Komitəsinə müraciət edərək Topaz Premyer Liqasının IV turunda “İnter”lə baş tutmuş oyunda Qalin İvanova göstərilmiş sarı vərəqənin düzgün olmadığını və ləğvini xahiş edib.
Fanat.az xəbər verir ki, Apellyasiya və Ekspert Komitəsi bu məsələyə baxılması üçün İntizam Komitəsinə müraciət edib. İntizam Komitəsi matçın videoyazısına baxdıqdan və Hakimlər Komitəsinin sədrinin bu epizodla bağlı rəyindən sonra Qalin İvanova göstərilmiş sarı vərəqənin hakim tərəfindən epizod duzgün qiymətləndirilmədiyinə görə ləğvinə qərar verib.
Qeyd edək ki, "Xəzər Lənkəran" - "İnter" oyunu avqustun 28-də baş tutub. Həmin oyunda baş hakim Əliyar Ağayev Qalin İvanovu 59-cu dəqiqədə simulyasiya görə cəzalandırmışdı.
Fanat.az