AFFA Əliyar Ağayevin qərarlarını ləğv etdi

AFFA Əliyar Ağayevin qərarlarını ləğv etdi
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Fanat.az xəbər verir ki, FİFA referisi Əliyar Ağayevin Azərbaycan kubokunun 1/2 mərhələsinin "Neftçi” – "Qəbələ” matçındakı idarəçiliyi əsas müzakirə mövzusu olub.
Belə ki, matçın 84-cü dəqiqəsində Rəşad Sadiqov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
Oyunun 74-cü dəqiqəsində "Qəbələ”nin futbolçusu  Aleksey Qay və 86-cı dəqiqədə "Neftçi”nin futbolçusu Fəhmin Muradbəyli sarı vərəqə ilə cəzalandırılıb.
İntizam Komitəsi oyunun video yazısını izlədikdən sonra aşağıdakı qərarları qəbul edir:
Aleksey Qaya və Fəhmin Muradbəyliyə simuliyasiyaya görə göstərilmiş sarı vərəqə hakimin epizodu düzgün qiymətləndirməməsi səbəbindən ləğv olunub.
Hakimlər Komitəsi oyunun hakimi haqqında lazımi ölçü götürüb İntizam Komitəsini məlumatlandırmaq tapşırılıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər