AFFA Ebesilio və "Neftçi"ni cəzalandırdı

AFFA Ebesilio və "Neftçi"ni cəzalandırdı
AFFA İntizam Komitəsinin növbəti iclaası keçirilib. Fanat.az xəbər verir ki, komitə üzvləri Premyer Liqanın XXXIII turunda qeydə alınan bəzi qayda pozuntularına hüquqi qiymət verib.
İntizam Komitəsi “Qəbələ”nin futbolçusu Lorenzo Ebesilionu 1 oyunluq cəzalandırıb, klubu 200 manat cərimə edib. Buna səbəb holland futbolçunun "Neftçi" ilə matçın 90+3-cü dəqiqəsində idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqəni alaraq meydandan kənarlaşdırılması olub.
Oyun 90-cı dəqiqəsində “Neftçi”nin azarkeşləri tərəfindən meydana kənar əşyalar atılıb. Bu səbəbdən paytaxt klubu 2000 manat cərimə edilib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər