AFFA dəstəkləyəcəyi namizədi açıqladı - Ona səs verəcəklər

AFFA dəstəkləyəcəyi namizədi açıqladı - Ona səs verəcəklər

AFFA UEFA prezidenti vəzifəsinə seçkilərdə hazırda Sloveniya Futbol Federasiyasının prezidenti vəzifəsində çalışan Aleksander Çeferinin namizədliyini dəstəkləyir.

 

Fanat.Az qurumun saytına istinadən xəbər verir ki, seçkiqabağı platformasında yer alan sosial məsuliyyət, assosiasiyalararası dialoq, UEFA irsinin davam etdirilməsi, Avropa futbol təşkilatının hər zaman zirvədə saxlanılması ilə bağlı müddəalarla tanış olduqdan sonra AFFA rəhbərliyi bu il sentyabrın 14-də, Yunanıstanın paytaxtı Afinada keçiriləcək seçkidə Aleksander Çeferinə səs verəcəyi barədə qərar qəbul edib.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər