AFFA danışılmış oyunlarda günahlandırılan iki nəfərin şikayətini rədd etdi

AFFA danışılmış oyunlarda günahlandırılan iki nəfərin şikayətini rədd etdi

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı son olaraq "İrəvan" klubunda çıxış edən futbolçu Fəhmin Muradbəylinin şikayətini təmin etməyib.

Fanat.Az xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb.

Danışılmış matçlarda iştiraka görə ömürlük futbolla əlaqəli fəaliyyətlərdən uzaqlaşdırılan yarımmüdafiəçi ilə bağlı qərar qüvvədə saxlanılıb.

Danışılmış oyunlara görə təqsirli bilinən “Azərbaycan Qartalları” klubunun məşqçisi Rüfət Həsənovun da şikayəti təmin olunmayıb.

Qeyd edək ki, Fəhmin Muradbəyli karyerasında "Neftçi", "Səbail" və "Keşlə" (hazırkı "Şamaxı") klublarının da formasını geyinib.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər