AFFA-dan Xaqani Məmmədova 2 illik cəza

AFFA-dan Xaqani Məmmədova 2 illik cəza

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Fanat.Az xəbər verir ki, Azərbaycan çempionatında sonuncu dəfə “Araz-Naxçıvan” klubunda məşqçi işləmiş Məmmədov Xaqani Nürəddin oğlu cəzalanıb.

O, “Oyunların toxunulmazlığı” Komissiyasının təlimatını pozduğuna görə 2 il müddətinə şərti cəzalandırılıb və sınaq müddəti 24 ay təyin edilib.

Bundan başqa, AHFF-nin birinciliyində 1/8 final mərhələsinin “Lokomotiv” – “Ramana” FK oyununda “Lokomotiv”in heyətində adı protokolda olan 5 nömrəli oyunçu İsmayıl Məmmədovun lisenziyası olmadığı aşkarlandığına görə “Lokomotiv”ə 0:3 hesablı texniki məğlubiyyət verilib.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər