AFFA-dan Türkiyəyə maliyyə yardımı

AFFA-dan Türkiyəyə maliyyə yardımı

AFFA Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkən insanlar üçün maddi yardım göndərib.

Fanat.Az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, qurum Türkiyə Futbol Federasiyasının (TFF) ictimaiyyətə müraciətini nəzərə alaraq bu addımı atıb.

AFFA TFF-nin müraciətində qeyd olunmuş bank hesabına 500 000 Türkiyə lirəsi məbləğində maliyyə vəsaiti köçürüb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər