AFFA-dan Roberto Karlosa təklif

AFFA-dan Roberto Karlosa təklif
AFFA Roberto Karlosa təklif göndərib. Fanat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Berti Foqtsun istefasından sonra millinin baş məşqçi postu braziliyalıya təklif olunub.
AFFA bu təklifi Roberto Karlosun Türkiyədə yaşaması, Rusiya futboluna bələd olması və bölgənin mentalitetini bilməsi səbəbindən irəli sürüb. Lakin braziliyalı 5 milyonluq təklifdən imtina edib. Buna səbəb isə millimizin yaxşı vəziyyətdə olmaması və onun "Sivasspor"dakı işini davam etdirmək istəyi olub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər