AFFA-dan Rəşad Sadiqov açıqlaması - kapitan getdi

AFFA-dan Rəşad Sadiqov açıqlaması - kapitan getdi

Noyabrın 17-də Bakı Olimpiya Stadionunda Moldova yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandası daha bir itki ilə üzləşib. Fanat.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, kapitan Rəşad Sadıqov məşqdə zədələndiyi üçün millinin düşərgəsini tərk etməli olub və Moldova yığması ilə oyunda iştirak etməyəcək.

Qeyd edək ki, daha öncə Dmitri Nazarov zədə ucbatından millinin toplanışına qatıla bilməmişdi.  

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər