AFFA-dan rəqibini vuran futbolçuya ağır cəza

AFFA-dan rəqibini vuran futbolçuya ağır cəza

AFFA İntizam Komitəsinin növbəti iclası keçrilib. Fanat.Az xəbər verir ki, komitə üzvləri I divizionun XVI turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib:

* “Rəvan” - “Şəmkir” matçında “Rəvan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

* “Energetik” - “Göyəzən” matçında “Energetik” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

* “Turan Tovuz” - “Zaqatala” matçında “Zaqatala” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

- Oyunun 69-cu dəqiqəsində “Turan Tovuz” klubunun futbolçusu Səbayıl Bağırov aqressiv davranışa və rəqibə bilərəkdən zərbə endirdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 6 oyun cəzalanıb, klub 400 manat cərimə olunub.

* “Ağsu” - MOİK matçının 90+3-cü dəqiqəsində MOİK klubunun futbolçusu Qərib İbrahimov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyun cəzalanıb, klub 240 manat cərimə olunub.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər