AFFA-nın təşkilatçılığı ilə keçirilən U-19 liqasının oyununda dava düşüb. Fanat.az xəbər verir ki, "Qarabağ" - "Xəzər Lənkəran" oyununda futbolçular arasında gərginlik yaranıb.
AFFA İntizam Komitəsi matçın 90+2-ci dəqiqəsində yaranan dava-dalaşda iştirak edən “Xəzər Lənkəran”ın futdolçusu Fərid Əsədovu, Eduard Rəfiyev, "Qarabağ" futbolçusu Rauf Əliyevi və Amin Hüseynovu 5 oyun cəzalandırıb.
U-15 liqasının "Rəvan" - "Neftçi" matçında isə "Rəvan"ın futbolçusu Ərşad Xankişiyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alıb. AFFA onu 4 oyunluq cəzalandırıb.
Fanat.az