AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az xəbər verir ki, komitə üzvləri Azərbaycan Kubokunun 1/2 mərhələsinin cavab oyunlarında, Premyer Liqanın və əvəzedicilərin çempionatının XXXIII turunda qeydə alınan qayda rozuntularına hüquqi qiymət verib.
Azərbaycan Kubokunun “Qəbələ” - “Neftçi” matçında hər iki komandanın azarkeşləri pirotexniki vasitələrdən istifadə edib. Bu səbəbdən klublar 1000 manat cərimələnib. Oyunun 113-cü dəqiqəsində meydan sahiblərinin azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub daha 2000 manat cərimə olunub.
Premyer Liqanın “Zirə” - “Qəbələ” görüşündə qonaqların 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimələnib.
Əvəzedici heyətlərin çempionatının “Zirə” - “Qəbələ” oyununda qonaqların futbolçusu Vəzir Musayev ikinci sarı vərəqəni alıb. Bu səbəbdən o, 1 oyunluq cəzalandırılıb. "Qəbələ" buna görə 100 manat ödəyəcək.
"Xəzər Lənkəran"ın əvəzedici komandası isə "Kəpəz"lə oyunda 4 sarı vərəqə aldığından 500 manat cərimə olunub.
Fanat.az