AFFA-dan "Qarabağ" - "Sabah" oyununda yaşananlarla bağlı sərt cəza - Məşqçilər uzun müddətə uzaqlaşdırıldı

AFFA-dan "Qarabağ" - "Sabah" oyununda yaşananlarla bağlı sərt cəza - Məşqçilər uzun müddətə uzaqlaşdırıldı

AFFA İntizam Komitəsi Misli Premyer Liqasının XXII turu çərçivəsində baş tutan "Qarabağ" – "Sabah" oyununda yaşananlarla bağlı ölçü götürüb.

Fanat.Az xəbər verir ki, məqşçilərin iştirakı ilə yaşanan insidenti yenidən araşdıran qurum sərt cəzalar yağdırıb.

Rəqibin ehtiyat skamyasına qeyri-etik jest edən "Sabah"ın məşqçisi Valerio Zuddas 7 oyunluq cəzalanıb. Onun davranışına görə "Sabah" 15 min manat cərimələnib. 

"Qarabağ"da isə Qurban Qurbanovun iki köməkçisi - Müşfiq Hüseynov və Zaur Tağızadə kütləvi davada iştirak etdiklərinə görə hər biri 6 oyunluq diskvalifikasiya ediliblər. "Qarabağ" onların hər birinə görə 6 min (cəmi 12 min) cərimə ödəyəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər