AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclası keçirilib. Fanat.az xəbər verir ki, iclasda "Neftçi" və "Xəzər Lənkəran"ın müraciətlərinə baxılıb.
AFFA İntizam Komitəsi Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində keçirilən "Neftçi" - "Rəvan" oyunu başa çatdıqdan sonra dəhlizdə kənar şəxslər olduğu və təhlükəsizlik təmin olunmadığına görə meydan sahiblərini 5000 manat cərimə etmişdi. Apellyasiya və Ekspert Komitəsi qərarı qüvvədə saxlayıb.
Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində keçirilən "Qəbələ" - "Xəzər Lənkəran" oyununun 42-ci dəqiqəsində isə qonaq azarkeşlər pirotexniki vasitələrdən isitifadə etdiyi üçün klub 1000 manat cərimə olunmuşdu. Apellyasiya və Ekspert Komitəsi "Xəzər Lənkəran"ın da iddiasını təmin etməyib.
Fanat.az