Azərbaycan I Divizionda 23-cü turun təyinatları açıqlanıb. Fanat.Az xəbər verir ki, iki günə sığacaq turun mübahisəli təyinatı Rövşən Rəcəbovla bağlıdır. Dünən Region Liqasının 1/4 final mərhələsinin cavab görüşü çərçivəsində keçirilən "Cəbrayıl" - "Energetik" duelində döyülən hakim sabah MOİK - "Sumqayıt-2" oyununu idarə edəcək. Qeyd edək ki, Binədə baş tutan oyunun son dəqiqələrində mübahisəli qərarla yadda qalan Rəcəbov matçı başa çatdırmayıb. İnsidentlə bağlı İntizam Komitəsi ölçü götürəcək.
26 aprel
“Zaqatala” – “Qarabağ-2” Hakimlər: Rəşad Əhmədov, Səbuhi Soltanov, Ruslan Quliyev, Kamranbəy Rəhimov Hakim-inspektor: Orxan Məmmədov AFFA nümayəndəsi: Mübariz Hüseynov Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 15:00 (pfl.az/canlı)
MOİK – “Sumqayıt-2” Hakimlər: Rövşən Rəcəbov, Nahid Əliyev, Vüqar Bayramov, Tural Qurbanov Hakim-inspektor: Anar Salmanov AFFA nümayəndəsi: İlham Əliyev Binə qəsəbə stadionu, 16:00 (pfl.az/canlı)
27 aprel
“Turan Tovuz” – “Şamaxı-2” Hakimlər: Vüqar Həsənli, Elmin Süleymanov, Elman Kərimov, Namiq Bəkirov Hakim-inspektor: Asim Xudiyev AFFA nümayəndəsi: Elman Musayev Tovuz şəhər stadionu, 15:00 (pfl.az/canlı)
“Zirə-2” – “Kəpəz” Hakimlər: Rauf Allahverdiyev, Kamran Bayramov, Kərim Zeynalov, Emin Əliyev Hakim-inspektor: Babək Quliyev AFFA nümayəndəsi: Eldəniz Musayev “ASK Arena”, 16:00 (pfl.az/canlı)
“Səbail-2” – “Neftçi-2” Hakimlər: Səbuhi Bayramov, Zöhrab Abbasov, Tərlan Talıbzadə, Əli Əliyev Hakim-inspektor: Feyzulla Feyzullayev AFFA nümayəndəsi: Rüfət Əmirov “ASCO Arena”, 16:00
“Sabah-2”– “Qaradağ Lökbatan” Hakimlər: Elvin Bayramov, Şirmamed Mamedov, Asiman Əzizli, Nicat İsmayıllı Hakim-inspektor: Munis Abdullayev AFFA nümayəndəsi: Erkin Hüseynov Binə qəsəbə stadionu, 16:00