AFFA-nın İntizam Komitəsinin növbəti iclası başlayıb. Apasport-unməlumatına görə, gündəlikdə duran məsələ Azərbaycan kuboku uğrunda “Neftçi” ilə “Xəzər Lənkəran” arasında Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən final oyununda baş verən insidentləri müzakirə edib, ona hüquqi qiymət verib.Belə ki, İntizam Komitəsi hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 1000 manat cərimə olunub. “Neftçi” klubunun komanda rəisi Güloğlan Cabbarovun komandadan tutduğu vəzifəsindən azad olduğunu nəzərə alaraq, AFFA “ağ-qaralar”ı 40 000 manat cərimələyib.Paytaxt təmsilçisinin operatoru Dadaş Zeynalov dava-dalaşda iştirak etdiyi üçün 12 oyunluq cəzalanıb, klub isə 6000 manat ziyana düşüb. Eyni cəzaya və cəriməyə flaqmanın məşqçisi Neboşa Manoloviç də məruz qalıb.Sözügedən qarşılaşmada dava salanların səbəbkarlarından olan qapıçı Saşa Stamenkoviç isə qeyri-etik hərəkətə görə 3 oyunluq cəzalanıb və klubu isə 2000 manat cəriməyə məruz qalıb.“Neftçi”nin futbolçusu Mahir Şükürov dava-dalaşda iştirak etdiyinə görə 6 oyunluq cəzalanıb, klubu 3000 manat, təhlükəsizlik xidmətinin rəisi Vaqif Musayev dava-dalaşda iştirak etdiyi üçün 12 oyunluq cəzalanıb, komandası 6000 manat, bakılıların təhlükəsizlik xidmətinin 3 üzvü - Əsgərov Elnur, Ağayev Şəhriyar və Seyidov Mirramin dava-dalaşda iştirak etdiyi üçün hər biri 12 oyunluq cəzalanıb, klubu 18 000 manat cərimələnib.İntizam Komitəsi “Xəzər Lənkəran”nın 2 oyunçusu - Elnur Allahverdiyevi dava-dalaşda iştirak etdiyinə görə 6 oyunluq cəzalandırıb, klubu 3000 manat, Rodomir Todorov 6 matçlıq cəzalandırıb, “ağ-yaşıllar”a isə 3000 manat cərimə kəsib.“Neftçi” azarkeşləri meydançaya kənar əşya atıldığı üçün isə komanda 2000 manat ziyana düşüb.Ümumilikdə isə İntizam Komitəsi “Neftçi”ni 82 min manat, “Xəzər Lənkəran”ı isə 7 min manat cərimələyib.Qeyd: bu cəzalar yalnız Azərbaycan kubokuna şamil edilir.İdman24.az
AFFA-dan “Neftçi”yə şok cəza
TREND
Azərbaycan futbolu
10:51
04.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
09:41
03.10.2026
Həftəsonu oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
00:29
04.10.2026
Dostluq deyib gəldilər, hörmətsizlik edib getdilər
Azərbaycan futbolu
23:56
30.09.2026
"Neftçi"nin Rusiya nəhənginə etdiyi təklif ortaya çıxdı
Oxşar xəbərlər
DİGƏR
22:53
04.10.2026
Azərbaycanın batut gimnastları Dünya Kubokunda bürünc medal qazanıblar
DİGƏR
15:47
03.10.2026
Azərbaycan gimnastlarından 5 "qızıl", 1 "gümüş"
DİGƏR
19:48
02.10.2026
"Marafon" "World Winners Cup Alanya 2026" turnirində iştirak edəcək
DİGƏR
20:19
30.09.2026
Azərbaycanın stolüstü tennisçiləri Tbilisidə 5 medal qazandılar