AFFA-dan milliyə fantastik mükafat vədi: Almaniyanı udsalar...

AFFA-dan milliyə fantastik mükafat vədi: Almaniyanı udsalar...
AFFA Almaniya ilə matç üçün mükafat fondu müəyyənləşdirib. Fanat.Az “Azerifootball”a istinadən xəbər verir ki, yığmamız almanlara uduzmasa, futbolçular AFFA-dan böyük məbləğdə mükafat alacaqlar.Məlumata görə, komanda qələbə qazansa, start heyətində yer alan hər futbolçu 100 min, əvəzetmədən meydana çıxanlar 75 min, ehtiyatda qalanlar 50 min manat mükafat alacaqlar.Yığma heç-heçə etsə, əsas heyətin futbolçuları 75 min alacaqlar. Matçın gedişində oyuna girən futbolçuya bu məbləğin 75, ehtiyatda qalanlara 50 faizi veriləcək.Qeyd edək ki, Azərbaycan - Almaniya matçı martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda olacaq və saat 20:00-da başlanacaq.Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər