AFFA İntizam Komitəsi "Karvan"ın futbolçusu Azər Məmmədovu cəzalandırıb. Fanat.az xəbər verir ki, buna səbəb hücumçunun "Kəpəz"lə oyunda qırmızı vərəqə alması olub.
Belə ki, I divizionun XVII turunun “Karvan” - “Kəpəz” matçının 66-cı dəqiqəsində Məmmədov kobud oyuna görə birbaşa qırmızı vərəqə alıb. Bu səbəbdən futbolçu 2 oyunluq cəzalandırılıb, klubu 200 manat cərimə edilib.
Fanat.az