AFFA-dan klublara pul yardımı: Hər birinə 15 min...

AFFA-dan klublara pul yardımı: Hər birinə 15 min...
COVİD-19 pandemiyası ilə əlaqədar Azərbaycan Premyer Liqasında çıxış edən klubların məşqçi və futbolçu heyətinin AFFA-nın tibbi protokoluna uyğun olaraq müvafiq testlərdən keçirilməsi, ehtimal olunan yoluxmaların qarşısının alınması üçün sanitar-gigiyenik prosedurlara riayət olunması prosesinin dəstəklənməsi və sürətləndirilməsi məqsədi ilə AFFA tərəfindən hər bir Premyer Liqa klubuna dəstək olaraq növbəti dəfə 15 000 (on beş min) AZN maliyyə vəsaiti köçürülüb.
2020-2021 ci il mövsümündə Azərbaycan Premyer Liqasında çıxış edən klublara COVİD-19 pandemiyası ilə bağlı, ümumilikdə, 328 000 (üç yüz iyirmi səkkiz min) AZN maliyyə vəsaiti dəstək olaraq köçürülüb.
 

KLUB

ÖDƏNİLMİŞ MƏBLƏĞ

Qarabağ FK

41,000.00

Qəbələ İK

41,000.00

Keşlə FK

41,000.00

Neftçi PFK

41,000.00

Sabah FK

41,000.00

Səbail FK

41,000.00

Sumqayıt FK

41,000.00

Zirə FK

41,000.00

Cəmi:

328,000.00

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər