AFFA-dan klub rəsmisinə AĞIR CƏZA

AFFA-dan klub rəsmisinə AĞIR CƏZA

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az хəbər verir ki, komitə üzvləri Azərbaycan Kubokunun 1/8 mərhələsinin oyunları zamanı qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib:

“Xəzər Lənkəran” - “Kəpəz” matçında “Xəzər Lənkəran”  klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur  (maddə 40).       

AZAL - “Zirə” matçının 60-cı dəqiqəsində AZAL klubunun futbolçusu Emin Cəfərquliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 2000 manat cərimə olunur.

“Rəvan” - “Bakı” matçı başa çatdıqdan sonra “Bakı” klubunun rəsmisi Vüqar Əliyev hakimlər briqadasını təhqir etdiyinə görə 5 oyunluq cəzalanır, klub 500 manat cərimə olunur.

“Qəbələ” - “Mil-Muğan” matçının 68-ci dəqiqəsində “Qəbələ” klubunun futbolçusu Qismət Alıyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər