AFFA-dan hakimi söyən futbolçuya ağır cəza

AFFA-dan hakimi söyən futbolçuya ağır cəza

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az xəbər verur ki, keçirilən iclasında aşağıdakı qərarlar qəbul olunub. 

Topaz Premyer Liqasının XII turunun AZAL – "Kəpəz” matçında "Kəpəz” klubunun 4 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur  (maddə 40).       

I Divizionun VIII turunun MOİK – "Bakılı” matçında MOİK klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur  (maddə 40).  Oyunun 54-cü dəqiqəsində "Bakılı” klubunun 19 №-li futbolçusu Nihad Əmirli idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılmasından sonra hakimlər briqadasını təhqir etdiyinə görə 4 oyunluq cəzalanır, klub 400 manat cərimə olunur(maddə 42.3).

Oyunun 79-cu dəqiqəsində MOİK klubunun klubunun baş məşqçisi Adilov Şamil texniki zona qaydaların pozduğuna görə kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 100 manat cərimə olunur(maddə 62).

I Divizionun VIII turunun "Şahdağ”  – "Mil-Muğan” matçında "Şahdağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur  (maddə 40).

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər