Azərbaycan çempionatında hakim döyülüb. Fanat.az xəbər verir ki, hadisə futzal üzrə ölkə birinciliyində baş verib.
Belə ki, “Qatar” - “Yasamal” matçının 15-ci dəqiqəsində “Yasamal”ın futbolçusu Anar Həsənov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldıqdan sonra hakimə qarşı fiziki təzyiq göstərib. AFFA onu 12 ay yarışlardan kənarlaşdırılıb,.
Çempionatın FHN - “Verdant” matçının 19-cu dəqiqəsində “Verdant”ın futbolçusu Osman Zahirbəyov hakimi təhqir etdiyinə görə meydandan qovulub. Onun cəzası 4 oyun olub.
Fanat.az