AFFA-dan Dəniz Yılmazla bağlı AÇIQLAMA

AFFA-dan Dəniz Yılmazla bağlı AÇIQLAMA
"Dəniz Yılmazla bağlı sürpriz xəbəri vermək istəyirdik. Ancaq o, artıq Türkiyə mətbuatına danışıb". Fanat.Az xəbər verir ki, bu sözləri "Report"a AFFA-nın baş katibi Elxan Məmmədov deyib.
Baş katib bildirib ki, "Bursaspor"da oynayan futbolçunun millimizdə çıxış etməsi ilə bağlı FIFA-ya müraciət ediblər: "Biz onun Azərbaycan yığmasında oynaması ilə bağlı FIFA-ya müraciət etdik. FIFA-nın müvafiq komitəsi qərar qəbul etməlidi. Dənizin yığmamızda oynama variantı indinin məsələsi deyil. Onunla son 2,5 ildə əlaqədə olmuşuq. Bir dəfə Bakıya da gəlmişdi. O zamanlar razılığını bildirdi. Ancaq son aylar millimizdə oynamaqla bağlı daha çox təşəbbüs göstərdi. Biz düşündük ki, niyə də yox? Bura ilə bağlantısı varsa və özü milli komandada oynamaq istəyirsə, ona bu şansı vermək lazımdı. Hazırda FIFA-nın qərarını gözləyirik. Çünki Yılmaz Türkiyənin gənclər yığmasında oynayıb. Dəniz Türkiyənin U-17 yığmasında hətta Avropa çempionatının qalibi olub. Buna görə də FIFA-nın müvafiq qərarı olmalıdı".
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər