AFFA-dan Bədavi açıqlaması: "Yeni kapitan..."

AFFA-dan Bədavi açıqlaması: "Yeni kapitan..."

Qazaxıstanla hazırlıq matçının gedişində milli komandamızın kapitanı Rəşad Sadıqovun əvəzlənərkən kapitanlıq sarğısını komanda yoldaşı Bədavi Hüseynova ötürməsi geniş müzakirələrə səbəb olub. Fanat.az xəbər verir ki, AFFA bunla bağlı rəsmi "Facebook" hesabından açıqlama yayıb:

"Ötən mövsüm milli komandanın kapitanı Rəşad Sadıqov, vitse-kapitan Rahid Əmirquliyev, ehtiyat kapitan Vüqar Nadirov olub. Növbəti mövsümün əvvəlində kapitan, vitse ve ehtiyat kapitanın adı açıqlanacaq. Dünən keçirilən Azərbaycan - Qazaxıstan beynəlxalq yoldaşlıq oyununda kapitan sarğısı ilə meydana çıxan Rəşad əvəzləndiyindən, kapitan sarğısı baş məşqçinin qərarı ilə millidə ən çox oyun keçirən 2 nəfərdən birinə - Kamran Ağayevə ve Bədavi Hüseynova verilməli idi. Kamranın ikinci hissədə əvəzlənməsi nəzərdə tutulduğundan, kapitan sarğısı Bədaviyə verildi. Qeyd edək ki, bu oyunu Rahid zədəyə görə buraxmalı olub, Vüqar isə milliyə cağırılmayıb".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər