AFFA-dan Adil Şükürova xəbərdarlıq

AFFA-dan Adil Şükürova xəbərdarlıq

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Fanat.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, İK Topaz Premyer Liqanın 5-cü turunda baş verən qayda pozuntuları ilə bağlı müvafiq qərarlar qəbul edib.

Topaz Premyer Liqasının V turunun “Qəbələ” – AZAL matçında AZAL klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

 

Topaz Premyer Liqasının V turunun “Qarabağ” – “Zirə” matçında “Zirə” klubunun baş məşqçisi Adil Şükürov oyunsonrası mətbuat konfransına gecikdiyinə görə xəbardarlıq olunub. Bu hal yenidən təkrarlanacağı təqdirdə daha ağır cərimə olunacaqdır.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər