AFFA-dan 500 min istəyən futbolçu La Liqada

AFFA-dan 500 min istəyən futbolçu La Liqada
Azərbaycan əsilli futbolçu Eddi İsrafilov karyerasını İspaniya La Liqasında davam etdirəcək. Fanat.az xəbər verir ki, "Mursiya"ın üzvü "Qranada"ya keçib. 
Belə ki, "Mursiya" yarımmüdafiəçini La Liqa klubuna icarəyə verib. Eddinin müqaviləsində xüsusi bənd var. Belə ki, klub ondan razı qalsa, mövsümün sonunda 5 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, AFFA ötən il Eddini millimizin mayın 25-dən 30-dək Qətərin Doha şəhərində keçirilmiş təlim-məşq toplanışına dəvət etmişdi. Danışıqlar zamanı futbolçu əvvəlcə ilkin razılıq versə də, sonradan qəti qərara gəlmədiyini bildirmişdi O, bununla əlaqədar yığmamızın Qətərdə keçirilmiş təlim-məşq toplanışında iştirak etməmişdi. Daha sonra AFFA İsrafilovun valideynləri və meneceri ilə danışıqları davam etdirsə də, onlar yarımmüdafiəçinin İspaniya milli komandasına dəvət almaq ehtimalının olduğunu əsas gətirərək, Azərbaycan yığmasında çıxış etmək müqabilində AFFA-dan 500 min avro pul istəmişdi. Lakin AFFA şərti qəbul etməmişdi. 
Onu da qeyd edək ki, tam adı Eddi Silvestr Paskual İsrafilov olan futbolçunun anası (Elnarə İsrafilova) azərbaycanlı, atası (Dominqo Paskual) toqoludu və o, İspaniyanın Roquetas de Mar şəhərində dünyaya gəlib. 13 yaşında İtaliyanın "Milan" klubunda futbolun sirrlərini öyrənməyə başlayan yarımmüdafiəçi daha sonra İspaniyanın "La Moyonera", "Poli Eyido" və "Mursiya"nın futbol məktəbini keçib. O, 2011/12 mövsümündə "Mursiya"nın B komandasında çıxış edib. 2011-ci ildə A komandasına yüksələn futbolçu Sequnda klubunda 55 oyun keçirib və 2 qol vurub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər