AFFA daha bir türk futbolçunu milliləşdirib. Fanat.Az xəbər verir ki, bu barədə sporliva.com saytı məlumat yayıb.
Saytın xəbərində bildirilir ki, “Feyenord”un U-19 və U-21 komandalarında çıxış edən Ozancan Kökcü AFFA "Feyenoor"da rəsmi dəvət göndərib. Türk futbolçu 21 yaşadək futbolçulardan ibarət millimizin yanvarın 7-də Antalyada başlayacaq toplanışına dəvət edilib. 18 yaşlı yarımmüdafiəçi bu təklifi qəbul edib.
Ozancan Kökcüyə Türkiyə millisindən də təklif göndəriləcəyi gözlənilirdi. Ancaq Türkiyə Futbol Federasiyasından təklif olmadığı üçün o, Azərbaycan yığmasında oynamağa razılıq verib.

Fanat.Az