AFFA daha bir komitə yaradır

AFFA daha bir komitə yaradır

AFFA daha bir komitə yaradır. Fanat.az xəbər verir ki, qurumun prezidenti Rövnəq Abdullayevin əmrinə əsasən assosiasiyada Topaz Premyer Liqasında çıxış edən klubların nümayəndələrinin iştirakı ilə Klublar Komitəsi yaradılacaq.

Bununla əlaqədar olaraq baş katibliyə aşağıdakı tapşırıqlar verilib:

1. Klublar Komitəsinin Əsasnaməsinin hazırlanması.

2. Klublar Komitəsinin iş prinsipinin müəyyənləşməsi.

3. Klublar Komitəsi Topaz Premyer Liqası klublarının nümayəndələrinin iştirakı ilə operativ olaraq fəaliyyətə başlasın.

Qeyd edək ki, AFFA prezidenti bir neçə gün əvvəl Məşqçilər Komitəsinin yaradılması ilə bağlı qərar vermişdi.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər