AFFA daha bir komandaya texniki məğlubiyyət verdi

AFFA daha bir komandaya texniki məğlubiyyət verdi

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Fanat.Az xəbər verir ki, iclasda futzal çempionatları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

Futzal üzrə Birinci Liqanın 13-cü turunun “Vifly” - “Alyans Qrup”  oyununda “Alyans Qrup” komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün matç baş tutmayıb. Buna görə “Alyans Qrup”a 0:3 hesablı texniki məğlubiyyət verilib.

Futzal üzrə İkinci Liqanın 14-cü turunun “Timsport” – “Metropoliten” oyununda “Timsport”un oyunçusu Quliyev Fərid oyunun 29:15 dəqiqəsində meydanı icazəsiz tərk etdiyinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər