AFFA daha 3 futbolçunu milliləşdirdi

AFFA daha 3 futbolçunu milliləşdirdi
AFFA daha 3 futbolçunu milliləşdirib. 
Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının qarşıdakı təlim-məşq toplanışına yeni simalar dəvət edilib.
 
"Sumqayıt”ın iranlı müdafiəçisi Höccət Haqverdi və ukraynalı yarımmüdafiəçisi Murad Xaçayev ilk dəfə millimizə dəvət olunub. Həmçinin Ukraynanın "Minay” klubunda çıxış edən Rüstəm Əhmədzadənin də milliləşdirilməsi rəsmiləşib.
 
Həmçinin "Sumqayıt”ın qapıçısı Aydın Bayramov da yığmamızda debüt etmək imkanı qazanıb.
 
Qeyd edək ki, komandamız mayın 27-də Türkiyə, iyunun 2-də Belarus, 6-da isə Moldova ilə yoldaşlıq görüşü keçirəcək.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər