AFFA-da məşqçi kursları başa çatdı

AFFA-da məşqçi kursları başa çatdı

AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə keçirilən D kateqoriyalı məşqçi kurslarına yekun vurulub. 

Fanat.Az xəbər verir ki, AFFA-nın inzibati binasında keçirilən kurs ümumilikdə 3 gün davam edib.

Tədbirin son günündə iştirakçılara kursu bitirdiklərinə dair müvafiq lisenziyalar təqdim edilib.

Lisenziyaları iştirakçılara Kütləvi Futbol Departamentinin rəhbəri, veteran futbolçu Fərrux İsmayılov və AFFA-nın məşqçi kurslarının təlimatçıları İlham Əzizzadə və Dəyanət Əliyev birlikdə təqdim ediblər.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər