AFFA-da lisenziyalaşdırma ilə bağlı iclas keçirildi

AFFA-da lisenziyalaşdırma ilə bağlı iclas keçirildi

AFFA-nın inzibati binasında Premyer Liqa, 1-ci və 2-ci Liqada çıxış edən klubların nümayəndələri üçün 2024/2025 lisenziyalaşdırma mövsümünün açılış iclası keçirilib.

Fanat.Az xəbər verir ki, toplantıda iştirak edən milli assosiasiyanın baş katibi Sərxan Hacıyev lisenziyalaşdırma prosesinin vacibliyini vurğulayıb.

İclasda həmçinin UEFA-nın Klubların Lisenziyalaşdırılması şöbəsinin rəhbəri Ales Zavrl çıxış edərək, iştirakçılara qitə futbol qurumunun Klubların Lisenziyalaşdırılması və monitorinq prosesi, Azərbaycan klublarının maliyyə və digər göstəricilərinin müqayisəli təhlilini və UEFA-nın Qadınlar arasında Çempionlar Liqasında çıxış etmək üçün lisenziyalaşdırma tələbləri barədə ətraflı məlumat verib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər