AFFA-da konfrans və iclas keçiriləcək

AFFA-da konfrans və iclas keçiriləcək

AFFA-nın növbəti Hesabat Konfransı və dərhal sonra keçiriləcək İcraiyyə Komitəsinin iclasının vaxtı müəyyənləşib. Fanat.Az asossiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, hər iki tədbir martın 16-da “Hilton” otelində baş tutacaq.

 

Konfransa 10:00-da start veriləcək. FİFA-nın Nizamnaməsinin 29-cu maddəsinə əsasən, Konfransın Gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

 

- Prezident tərəfindən salamlama

- Yığıncağın tərkibinin yoxlanılması

- İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təqdim olunması

- Maliyyə hesabatının təsdiq olunması

- Müstəqil auditorun və AFFA-nın Yoxlama və Təftiş Komitəsinin hesabatını nəzərə almaq

- Növbəti ilin büdcəsinin təsdiq olunması

- Hər hansı vakant vəzifəyə seçkilər

- AFFA üzvlərinin təkliflərinin qəbul olunması

- Digər məsələlər

 

Konfransda İcraiyyə Komitəsində mövcud olan 1 vakant yerə seçki keçiriləcək.

Konfransa giriş dəvətnamə ilə olacaq.

 

Media nümayəndələrinin Konfransda iştirakı ilə bağlı fevralın 27-dən martın 6-dək akkreditasiya üçün qeydiyyat aparılacaq.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər