AFFA-da klublara cəza yağmuru

AFFA-da klublara cəza yağmuru

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az хəbər verir ki, komitə üzvləri əvəzedici heyətlərin çempionatının IV turunda qeyd alınan qayda pozuntularına hüquqi qiymət verib:

* “Rəvan” – “Neftçi” matçının 56-ci dəqiqəsində “Neftçi” klubunun futbolçusu Aylton Silva ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.

* “İnter” – “Qəbələ” matçında “İnter” klubunun 6, “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 500 manat cərimə olunur.

- Oyunun 56-cı dəqiqəsində “İnter” klubunun futbolçusu Oleq Kurbatov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur.

* “Kəpəz” – AZAL matçının 50-ci dəqiqəsində “Kəpəz” klubunun futbolçusu Şöhrət Quliyev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur.

* “Rəvan” - “Neftçi” matçında “Rəvan” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur.

* “Sumqayıt” - “Zirə” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur.

- Oyunun 59-cu dəqiqəsində “Zirə” klubunun futbolçusu Xaqan  Məmmədli sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər