AFFA-da Bəxtiyar Musayevə vəzifə verildi

AFFA-da Bəxtiyar Musayevə vəzifə verildi

Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi, tanınmış futbolçu Bəxtiyar Musayev AFFA-nın Texniki departamentin Skautlar şöbəsinə rəis təyin olunub.

Fanat.Az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. 

Bəxtiyar Musayev 1997-2006-cı illərdə Azərbaycan millisinin heyətində 20 oyun keçirib.

Qeyd edək ki, Musayev futbolçu karyerası ərzində MOİK (Bakı), "Neftçi", "Turan", "Qarabağ", "Şəmkir" və "Xəzər Lənkəran"da da çıxış edib.

O, Azərbaycan futbolunun təcrübəli skautlarından hesab edilir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər