AFFA cəzaları açıqladı

AFFA cəzaları açıqladı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin 21-ci tur oyunları ilə bağlı cəzalar açıqlanıb. 

Belə ki, “Simurq”la oyunda “Qəbələ”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.

“Sumqayıt” matçının 80-cı dəqiqəsində “Bakı”nın futbolçusu Rüstəm Rüstəmli idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 100 manat cərimə olunub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər