AFFA cərimələri və rüsumu azaltmadı - Klublara şok cavab

AFFA cərimələri və rüsumu azaltmadı - Klublara şok cavab
Bu gün “Hilton” otelində AFFA-nın İcraiyyə Komitəsinin yeni seçilmiş heyətlə ilk iclası keçirilib. Fanat.az xəbər verir ki, iclasda bir sıra qərarlar qəbul edilib.
İlk məsələ qurumun vitse-prezidentləri ilə bağlı olub. Komitə Rauf Əliyevi I vitse-prezident, Elşad Nəsirov vitse-prezident postunda saxlayıb.
İcraiyyə Komitəsinin digər qərarı Elxan Məmmədovla bağlı olub. Baş katib qarşıdakı 4 il üçün bu vəzifəyə təsdiq edilib.
AFFA cərimələri və rüsumu azaltmadı - Klublara şok cavab
Komitə Oyunçuların Statutusu və Transferi Komitəsi, Apellyasiya Arbitraj Tribunalı, İntizam Komitəsi, Media Komitəsi və Vasitəçilərlə bağlı normativ sənədləri təsdiq edib.
Klublar Komitəsinin son iclasında Premyer Liqa üçün nəzərdə tutulmuş cərimələrin və legionerlər üçün rüsumun azaldılması müzakirə edilmişdi. Lakin İcraiyyə Komitəsi cərimələri və legionerlər üçün rüsumun məbləğini olduğu kimi saxlayıb.
Komitə “Bakcell Arena”nın AFFA-nın balansında saxlanılmaqla “Neftçi”nin istifadəsinə verilməsinə qərar verib.
AFFA cərimələri və rüsumu azaltmadı - Klublara şok cavab
UEFA U-17 Avropa çempionatı "Azərbaycan-2016"nın Yerli Təşkilat Komitəsinə rəhbərlik AFFA-nın baş katibliyinə tapşırılıb.
İcraiyyə Komitəsi klublara, hakimlərə münasibətdə AFFA-nın Nizamnaməsinin və müvafiq yarışların əsasnamələrinin tələblərinə uyğun davranmalı olduğu barədə xəbərdarlıq edib.
AFFA cərimələri və rüsumu azaltmadı - Klublara şok cavab
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər