“Neftçi” futbol komandasının baş məşqçisi Böyükağa Hacıyev yenidən cəzalanacaq. Buna səbəb 55 yaşlı mütəxəssisin “Bakı” ilə Topaz Premyer Liqasında XXXII tur matçından sonra mətbuat konfransına gəlməməsidir.Görüşün ardından təşkil olunan mükafatlandırma mərasimində Hacıyevin başı öz komandası ilə birgə çempionluq sevincinə qarışıb. O, jurnalistlərə ayaqüstü açıqlamalar versə də, mətbuat konfransına üz tutmayıb. Eyni səbəbdən, “Bakı”nın baş məşqçisi Bojidar Bandoviç də cəzalanacaq. Əsasnaməyə görə, mətbuat konfransında iştirak etməyən baş məşqçi AFFA İntizam Komitəsi tərəfindən 1000 manat cərimələnir.Qeyd edək ki, Böyükağa Hacıyev daha öncə aprelin 6-da keçirilmiş “Neftçi”- “Qarabağ” qarşılaşmasının ardından AFFA və Peşəkar Futbol Liqası əməkdaşları haqqında qeyri-etik ifadələr işlətdiyi üçün 10 oyunluq cəzalanıb. Klub isə 20 000 manat cərimə olunub. Lakin sonradan Hacıyevin cəzası 3 oyuna endirilib və cəzanın qalan hissəsi şərtiyə çevrilib. “Bakı” ilə qarşılaşmada “Neftçi” 0:1 hesabı ilə uduzub. // lent.az
AFFA Böyükağa Hacıyevi yenə cəzalandıracaq
TREND
Azərbaycan futbolu
10:51
04.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
09:41
03.10.2026
Həftəsonu oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
00:29
04.10.2026
Dostluq deyib gəldilər, hörmətsizlik edib getdilər
Azərbaycan futbolu
23:56
30.09.2026
"Neftçi"nin Rusiya nəhənginə etdiyi təklif ortaya çıxdı
Oxşar xəbərlər
DİGƏR
22:53
04.10.2026
Azərbaycanın batut gimnastları Dünya Kubokunda bürünc medal qazanıblar
DİGƏR
15:47
03.10.2026
Azərbaycan gimnastlarından 5 "qızıl", 1 "gümüş"
DİGƏR
19:48
02.10.2026
"Marafon" "World Winners Cup Alanya 2026" turnirində iştirak edəcək
DİGƏR
20:19
30.09.2026
Azərbaycanın stolüstü tennisçiləri Tbilisidə 5 medal qazandılar