“İnter” üçün UEFA-nın ayırdığı müvafiq vəsait AFFA tərəfindən klubun hesabına köçürülüb.
Fanat.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, klub üçün daxil olan ümumi vəsait 708.970 avro (2015/16 Avropa Liqası, uzun məsafəli səyahət üçün kompensasiya - 40.000 avro, 2015/16 Çempionlar Liqasında və 2015/16 Avropa Liqasında iştiraka görə ümumi ödənişlər (solidar ödənişlər) - 630.000 avro və Maliyyə "Fair Play"ına əsasən ayrılmış vəsait - 38.970 avro) təşkil edir.
“İnter” in AFFA-ya olan borcları tutulduqdan sonra qalıq qalan 514.203 avro klubun hesabına köçürülüb.
Fanat.az