AFFA baş məşqçini cəzalandırdı

AFFA baş məşqçini cəzalandırdı
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az xəbər verir ki, komitə üzvləri əvəzedicilərin çempionatının XXIV, I divizionun XIX turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
Əvəzedici heyətlərin çempionatında "İnter"in üzvü Asif Mirili "Xəzər Lənkəran"la matçın 78-ci, I divizionda isə "Şuşa"nın futbolçusu İlkin Cəlalzadə isə "Şahdağ"la qarşılaşmanın 90-cı dəqiqəsində idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqəni alıb. Şər iki futbolçu 1 oyunluq cəzalandırılıb, klubları 100 manat cərimələnib. 
"Bakılı" ilə oyunun 74-cü dəqiqəsində MOİK-in baş məşqçisi Namiq Adilov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırılığından 1 oyunluq cəzalandırılıb, klubu 100 manat cərimə edilib.
"Şuşa" və MOİK 4, "Mil-Muğan" isə 5 futbolçusu sarı vərəqə aldığından 100 manat cərimə ödəyəcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər