AFFA Bakı klubunu Azərbaycan çempionatına buraxmayacaq

AFFA Bakı klubunu Azərbaycan çempionatına buraxmayacaq

AFFA İntizam Komitəsi "Bakılı" klubuna Azərbaycan çempionatında iştirak etməyi qadağan edib. Fanat.az xəbər verir ki, buna səbəb paytaxt klubunun son turda meydana çıxmaması olub.

Belə ki, "Bakılı" I divizionun XXX turunun “Kəpəz”lə oyununda iştirak etməyib. Bu səbəbdən kluba 0:3 hesablı texniki məğlubiyyət verilib. Klub ikinci dəfə üzürlü səbəb olmadan oyunlarda iştirak etmədiyi üçün növbəti mövsüm Azərbaycan I divizionunda çıxış etmək hüququndan məhrum edilib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər