AFFA Ağayev üçün mövsümü bitirdi

AFFA Ağayev üçün mövsümü bitirdi
AFFA İntizam Komitəsinin növbəti iclası baş tutub. Fanat.az xəbər verir ki, komitə üzvləri Premyer Liqanın XXXIV turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
"Neftçi" ilə oyunun 58-ci dəqiqəsində idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqəni alan AZAL-ın futbolçusu Kərim Diniyev 1 oyunluq cəzalandırılıb, klubu 200 manat cərimələnib. 86-cı dəqiqədə kobud oyuna görə birbaşa qırmızı vərəqə alan "təyyarəçilər"in başqa bir futbolçusu Murad Ağayev isə 2 oyunluq cəza alıb, klub 2000 manat cərimə olunub. Premyer Liqanın sonuna 2 tur qaldığından Murad üçün mövsüm artıq başa çatıb.
"Rəvan"la oyunun 73-cü dəqiqəsində idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqəni alaraq meydanı tərk edən “Simurq”un futbolçusu İlkin Qırtımov 1 oyunluq cəzalandırılıb, klub 200 manat cərimələnib.
"Qarabağ" azarkeşlərinə görə ziyana düşüb. Belə ki, "İnter"lə çempionluq oyunun 75 və 80-ci dəqiqələrində Ağdam təmsilçisinin azarkeşləri pirotexniki vasitələrdən istifadə etdiyi üçün klub 1000 manat ödəyəcək. "Sumqayıt" isə "Xəzər Lənkəran"la oyunda 4 futbolçusu sarı vərəqə aldığından eyni məbləğdə cərimələnib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər