Mayın 5-dən 21-dək Bakıda keçiriləcək UEFA U-17 Avropa Çempionatı Azərbaycan-2016 üçün könüllü cəlb olunması prosesinə start verilib.
Qaynar.info xəbər verir ki, AFFA öz ənənəsinə sadiq qalaraq bu mötəbər yarışda da könüllülərin əvəzsiz xidmətindən yararlanacaq. Turnir zamanı 800 könüllünün cəlb edilməsi nəzərdə tutulub. Könüllülərin fəaliyyət sahələrinə biletlərin yoxlanılması, media, protokol, marketinq, akkreditasiya, qonaqpərvərlik, tibb, nəqliyyat, könüllülərin idarəedilməsi aiddir.
http://www.affa.az/index.php/ctimaiyyt/knlllr/knll-ol/2508 linkində qeydiyyat formasını dolduran hər bir şəxs aprel ayında müsahibəyə dəvət ediləcək. AÇ-də könüllü kimi iştiraka qəbul ediləcək gənclərin daha da hazırlıqlı və məlumatlı olması üçün çempionatdan öncə stadionlarda təlimlər keçiriləcək.
AÇ-nin yerli və xarici şəxslərdən formalaşacaq 800 nəfərlik könüllü komandasına qoşulmaq üçün ərizə qəbulunun son tarixi martın 30-udur. Könüllü uniforması, yeni dostlar, bilik, bacarıq və beynəlxalq təcrübə əldə etmək istəyən hər bir şəxs proqrama qoşulmağa dəvət edilir.
Fanat.az